Şamaxıda yolun ortasında olan boru sürücünün qasığından girərək belindən çıxıb

Şamaxıda yolun ortasında olan boru sürücünün qasığından girərək belindən çıxıb Hadisə sürücü avtomobil ilə hərəkətdə olan zaman baş verib
Hadisə
3 Yanvar , 2018 22:07
Şamaxıda yolun ortasında olan boru sürücünün qasığından girərək belindən çıxıb

Şamaxı. 3 yanvar. REPORT.AZ/ Şamaxıda yolda baş verən bədbəxt hadisə nəticəsində sürücü ağır yaralanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü Nağaraxana kənd sakini Rəşayiq Pərviz oğlu Məmmədov avtomobil idarə edər zaman yolun ortasında olan dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib.

O, ağır vəziyyətdə “təcili yardım” maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Ədalət Həmidov "Report"a bildirib ki, xəstə ağır vəziyyətdə şöbəyə daxil olub və ilkin müayinələr zamanı müəyyən edilib ki, dəmir boru xəstənin xayalıq hissəsindən daxil olaraq sağ bel nahiyəsindən çıxıb.

Xəstə ilkin tibbi yardım aldıqdan sonra Bakının Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına göndərilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi