Şamaxıda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 4-ü yaralanıb - YENİLƏNİB-2

Şamaxıda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 4-ü yaralanıb - YENİLƏNİB-2 Şamaxıda yol qəzası, ölən və yaralananlar var
Hadisə
19 Dekabr , 2018 12:07
Şamaxıda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 4-ü yaralanıb - YENİLƏNİB-2
0 : 00
0 : 00

Şamaxı. 19 dekabr. REPORT.AZ/ Şamaxı rayonunda baş verən ağır yol qəzası zamanı yaralanan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini Durasan Əsgərovun və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” (NİVA) markalı 2 avtomobil toqquşub. 

Nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı S.Səmədova hadisə yerində ölüb, özü və digər sərnişini - qızı Mixək Səmədova, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şamaxı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.


*** 11:03

Şamaxı. 19 dekabr. Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Padarçöl kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı "NİVA" markalı avtomobildə olan, sürücünün həyat yoldaşı Solmaz Səmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə zamanı xəsarət alan 4 nəfər Təcili Tibbi Yardım maşınları ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılılb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 



*** 9:21

Şamaxı. 19 dekabr. REPORT.AZ/ Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Padarçöl kəndi ərazisində baş verib. 

Belə ki, iki "NİVA" markalı avtomobilin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi