Şamaxıda yeniyetməni avtomobil vuraraq öldürüb

Şamaxıda yeniyetməni avtomobil vuraraq öldürüb Şamaxı. 15 sentyabr. REPORT.AZ/ Şamaxı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Sentyabr , 2018 01:18
Şamaxıda yeniyetməni avtomobil vuraraq öldürüb

Şamaxı. 15 sentyabr. REPORT.AZ/ Şamaxı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, Şamaxı-Padarçöl yolu ilə hərəkətdə olan avtomobil Şamaxının 2003-cu il təvəllüdlü Quşçu kənd sakini İsmayılov Müraciət Rza oğlunu vurub.

Qəza nəticəsində ağır xəsarət alan yeniyetmə DYP əməkdaşları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, M.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi