Şamaxıda yanğın hadisəsi baş verib

Şamaxıda yanğın hadisəsi baş verib Birmərtəbəli 3 otaqlı evin dam örtüyü yanıb
Hadisə
10 İyul , 2016 07:04
Şamaxıda yanğın hadisəsi baş verib

Bakı. 10 iyul. REPORT.AZ/ Şamaxı rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Çöl Göylər kəndində qeydə alınıb. 

Belə ki, kənddə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi