Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib

Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib Bakı. 13 fevral. REPORT.AZ/ Şamaxı rayonunun Quşçu kəndində baş verən vulkan püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.
Hadisə
13 Fevral , 2019 14:27
Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib

Bakı. 13 fevral. REPORT.AZ/ Şamaxı rayonunun Quşçu kəndində baş verən vulkan püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.

Bu barədə “Report”a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

O bildirib ki, vulkan püskürən zaman alov qeydə alınmayıb: “Elə də güclü püskürmə olmayıb. Vulkan nəticəsində yer qatından çıxarılan palçıq və süxurlar 2 hektar sahəyə qədər yayılıb. Vulkanın baş verdiyi ərazinin 40-50 metr yaxınlığında yerləşən iki yaşayış evinin divarlarında çatlar əmələ gəlib. Yer səthində isə heç bir çat qeydə alınmayıb. Heç bir xəsarət alan olmayıb”.

A.Əliyev qeyd edib ki, “Quşçu” vulkanı sonuncu dəfə 2018-ci ilin yanvar ayında püskürüb: “Son 200 il ərzində “Quşçu” vulkanı 15 dəfə püskürüb”.

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürməsi fevralın 13-də saat 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib. Hadisədən sonra AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən əraziyə yollanıb.

Səid Qərib

Son xəbərlər

Orphus sistemi