Şamaxıda üç gün əvvəl yol qəzasında xəsarət alan 6 nəfərdən 1-i ölüb - YENİLƏNİB-2

Şamaxıda üç gün əvvəl yol qəzasında xəsarət alan 6 nəfərdən 1-i ölüb - YENİLƏNİB-2 Şamaxı. 7 may.REPORT.AZ/ Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alnalrdan biri xəstəxanada ölüb.
Hadisə
7 May , 2018 10:19
Şamaxıda üç gün əvvəl yol qəzasında xəsarət alan 6 nəfərdən 1-i ölüb - YENİLƏNİB-2

Şamaxı. 7 may.REPORT.AZ/ Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alnalrdan biri xəstəxanada ölüb.

“Report”un Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirlən 1951 ci il təvəllüdlü Lumu Ağasəf qızı Əliyeva həkimlərin səylərinə baxmayaraq orada ölüb.


***9:51

Şamaxı. 4 may. REPORT.AZ/ Şamaxı rayonunda baş verən ağılr yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların adı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində İsamayıllı rayon sakinləri - 1992 ci il təvəllüdlü Sahil Rasim oğlu Məmmədov,1984 cü il təvəllüdlü Rahil Ağarəhim oğlu Niftəliyev, 1959-cu il təvəllüdlü Nərminə Əşrəf qızı Niftəliyeva,1998 ci il təvəllüdlü Seymur Əli oğlu Niftəliyev və 1951 ci il təvəllüdlü Lumu Ağasəf qızı Əliyeva Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


***9:39

Şamaxı. 4 may. REPORT.AZ/ Şamaxı rayonunda ağır yol-nqəlioyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş veribş
Belə ki, "Shacman" markalı yük maşını ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi