Şamaxı. 14 noyabr. REPORT.AZ/ Şamaxı rayonu ərazisində torpaq sürüşməsi aktivləşib.
"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Mədrəsə kəndində torpaq sürüşməsi davam edir. Ərazidə yaşayış evləri ilə yanaşı 40 hektara qədər pay torpağı və otlaq sahəsi sürüşməyə məruz qalıb.
Torpaqda qabarma və çökmələr müşahidə olunur. Magistral yola ziyan dəyib və asfalt örtüyündə çatlar müşahidə olunur.
Kənd sakinlərinin sözlərinə görə, 45 metr uzunluğu, 20 metr eni olan sahədə dəyişiklik daha çox müşahidə olunur.