Yuxarı

Şamaxıda süni göldə batan 35 yaşlı kişinin meyiti tapılıb

1980-cı il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun axtarışları başa çatıb

Bakı. 2 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Şamaxı rayonu Nağaraxana kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən 250 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batan 1980-cı il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun axtarışları başa çatıb.

“Report” FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Məmmədovun cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:15-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi