Şamaxıda şirkətdən oğurluq edildi

Şamaxıda şirkətdən oğurluq edildi Şamaxı Rayon Polis Şöbəsinə Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) birinə məxsus elektrik kabellərinin rayonun Əngərxan kəndi ərazisindən oğurlanması barədə müraciət daxil olub.
Hadisə
11 Yanvar , 2021 11:27
Şamaxıda şirkətdən oğurluq edildi

Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) birinə məxsus elektrik kabellərinin rayonun Əngərxan kəndi ərazisindən oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Vüqar Həsənov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurladığı kabellər və iki ədəd şüşə qabda ümumi çəkisi 31 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi