Şamaxıda qonşular arasında dava olub, bir nəfər bıçaqlanıb

Şamaxıda qonşular arasında dava olub, bir nəfər bıçaqlanıb Bakı. 25 iyun. REPORT.AZ/ Şamaxıda qonşular arasında dava olub.
Hadisə
25 İyun , 2018 12:08
Şamaxıda qonşular arasında dava olub, bir nəfər bıçaqlanıb
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Şamaxıda qonşular arasında dava olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı şəhəri, 20 Yanvar küçəsi, ev 11-də baş verib.

Həmin ünvanda yaşayan şəhər sakini, 1983-cü il təvəllüdlü İlahə İslam qızı Xudaverdiyeva qonşuluqda yaşayan Fikrət adlı şəxs tərfindən bıçaqlanıb.

Belə ki, İ.Xudaverdiyevanın qaynanası ilə Fikrətin qaynanası arasında həyətə daş tökülməsi səbəbəbdən mübahisə baş verib. Bu zaman yaranan səs-küyə gələn İ.Xudaveridyeva həmin həyətdə yaşayan Fikrət adlı şəxs tərfindən bıçaqlanıb.

Ailə üzvləri yaralını Şamaxı Rayon Xəstxanasına aparıblar. Həkimlər İ.Xudaverdiyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Şamaxı Polisi tərəfindən tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi