Şamaxıda qəza zamanı yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO

Şamaxıda qəza zamanı yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO Hadisə nəticəsində 4 nəfər xəsarət alıb
Hadisə
1 Aprel , 2018 18:49
Şamaxıda qəza zamanı yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO

Şamaxı. 1 aprel. REPORT.AZ/ Şamaxıda avtomobilin Məlhəm kəndinin girəcəyindəki məlumat lövhəsinə çırpılması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 2000-ci il təvəllüdlü Şamaxı şəhər sakini Quliyev Elmar Eldəniz oğlu, 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Alışov Famil Fuad oğlu, həmçinin 1997-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Mustafayeva Pakizə Ədalət qızı və 1999-cu il təvəllüdlü Qax rayon Tasmanlı kənd sakini Şitayeva Tavat Mehman qızı xəsarət alıb.

Yaralılardan bir oğlan və iki qızın vəziyyəti ağırdır.


***17:54

Şamaxı. 1 aprel. REPORT.AZ/ Şamaxıda yol-nəliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2104" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 4 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi