Şamaxıda qaçırdığı qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

Şamaxıda qaçırdığı qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayıb Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
5 Mart , 2019 17:11
Şamaxıda qaçırdığı qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adamöldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi