Şamaxıda qəbir daşları oğurlanıb

Şamaxıda qəbir daşları oğurlanıb Şamaxı. 3 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda qəbir daşları oğurlanıb.
Hadisə
158
3 Yanvar , 2018 12:47
Şamaxıda qəbir daşları oğurlanıb
Report

Şamaxı. 3 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda qəbir daşları oğurlanıb.

“Report”un yerli müxbiri xəbər verir ki, hadisə şəhərin Yeddi Günbəz qəbiristanlığında qeydə alınıb.

Bənzər oğurluq hadisəsi bir neçə dəfə təkrarlanıb. Naməlum şəxslər əsasən qara mərmərdən olan sinə və baş daşlarını qopararaq aparıb.

Sonuncu dəfə Ağabəkir Hacıyev və onun gəlini Sevda Gülməmməd qızı Hacıyevanın qəbirlərinin sinə daşları oğurlanıb.

Faktla bağlı Şamaxı Rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi