Şamaxıda qadın pəncərəni silərkən ikinci mərtəbədən yerə yıxılıb

Şamaxıda qadın pəncərəni silərkən ikinci mərtəbədən yerə yıxılıb Hadisə rayonun Mədrəsə qəsəbəsində baş verib
Hadisə
17 May , 2018 22:00
Şamaxıda qadın pəncərəni silərkən ikinci mərtəbədən yerə yıxılıb

Şamaxı. 17 may. REPORT.AZ/ Şamaxı rayonunun Mədrəsə qəsəbəsində qadın yıxılaraq ağır xəsarət alıb.

"Report"un Aran bürosu xəbər verir ki, 1989-cu il təvəllüdlü qəsəbə sakini Şamxalova Mahizər Ağadur qızı yaşadığı evin pəncərəsini silən zaman ikinci mərtəbədən yerə yıxılıb.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, M.Şamxalova ağır kəllə-beyin travması, baş və bədənin müxtəlif dərəcəli əzilmiş yaraları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi