Şamaxıda piyadanı maşın vurub

Şamaxıda piyadanı maşın vurub Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Reportun Şirvan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində qeydə alınıb.
Hadisə
31 Mart , 2019 00:16
Şamaxıda piyadanı maşın vurub

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində qeydə alınıb. 

Magistral yolda hərəkət edən avtomobil Şamaxı rayon sakini 41 yaşlı Şəfayət Hacıyevi vurub. Ağır bədən xəsarətləri alan piyada, ətrafdakıların köməkliyi ilə dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi