Yuxarı

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Şamaxı. 22 iyul. REPORT.AZ/ Şamaxı şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, iyulun 21-də saat 17 radələrində Şamaxı şəhər sakinləri Rəhim Ömərovun idarə etdiyi “Mercedes” və Qahir Alıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Q.Alıyev hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi