Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI

Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI Şamaxı. 8 iyun. REPORT.AZ/ Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub.
Hadisə
8 İyun , 2018 11:16
Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI
Report
0 : 00
0 : 00

Şamaxı. 8 iyun. REPORT.AZ/ Şamaxıda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların adları məlum olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə zamanı 15 nəfər yaralanıb. 

Onlardan biri təcili əməliyyat olunub. 

Xəsarət alan şəxslər bunlardır: Rzayev İlham Baxış oğlu, Rəhimov Qurban Ağakər oğlu, Səmədova Qızılgül Badəddin qızı, Babayev Süleyman Atabala oğlu, Məmmədli İbrahimxəlil, Məmmədov Toğrul, Ömərov Yaqub, Məmmədov Röyal, Darçınova Bəsti, Abdulrəhmanov İlham Akif oğlu, Ağabalayev Humar Talıb oğlu, Zamanova Raidə Zaman qızı və Xəyal Rüstəmov. X.Rüstəmov əməliyyat olunub.

Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına və Şamaxı Diaqnostika Mərkəzinə yerləşdiriliblər.  

Xəsarət alan digər iki nəfər isə "Mercedes" markalı avtomobildə olanlardır. Yaxınları onları Ağsu rayon Mərkəzi Xəstəxanasına aparıblar. 


*** 10:50

Şəki-Bakı marşrutu ilə sərnişin daşıyan mikroavtobus Şamaxı rayonu ərazisində qəzaya uğrayıb, yaralılar var.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mirikənd ərazisində baş verib.

Şəkidən Bakıya sərnişin aparan "Ford" markalı mikroavtobus idarəetməni itirərək öncə "Mercedes" markalı avtomobilə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusda olanlardan 8 nəfər - 2 qadın 6 kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Xəsarət alan Xəyal Rüstəmov əməliyyat olunub. Digər yaralılara tibbi yardım göstərilib.

"Mercedes" markalı avtomobildə olanlar isə yüngül xəsarət alıblar və xəstəxanaya müraciət etmədən yollarına davam ediblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi