Şamaxıda məktəb binasında yanğın olub

Şamaxıda məktəb binasında yanğın olub Şamaxı. 12 fevral. REPORT.AZ/ Şamaxı rayonunda məktəb binasında yanğın olub.
Hadisə
12 Fevral , 2019 01:12
Şamaxıda məktəb binasında yanğın olub

Şamaxı. 12 fevral. REPORT.AZ/ Şamaxı rayonunda məktəb binasında yanğın olub.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Şəhriyar qəsəbəsində yerləşən idman məktəbində baş verib.

Dərhal əraziyə FHN-in Şamaxı Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olub. Qısa vaxt ərzində yanğının qarşısı alınaraq, ətraf ərazilərə keçməsinə yol verilməyib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi