Şamaxıda maşın iki piyadanı vurub, hadisə yerindən qaçarkən ağaca çırpılıb

Şamaxıda maşın iki piyadanı vurub, hadisə yerindən qaçarkən ağaca çırpılıb Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb
Hadisə
12 Noyabr , 2017 21:32
Şamaxıda maşın iki piyadanı vurub, hadisə yerindən qaçarkən ağaca çırpılıb
"Report"

Şamaxı. 12 noyabr. REPORT.AZ/ Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində iki piyadanı maşın vurub.

"Report"un Şirvan bürosu xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri 1970-ci il təvəllüdlü Şamaxı rayon, Şəhriyar qəsəbə sakini İsmayılov Tofiq Qəşəm oğludur. Digər xəsarət alanın şəxsiyyəti hələ ki, məlum deyil.

Hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.

Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi