Şamaxıda ictimai yerdə koronavirus xəstəsi aşkarlandı

Şamaxıda ictimai yerdə koronavirus xəstəsi aşkarlandı Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Hadisə
182
4 May , 2021 10:19
Şamaxıda ictimai yerdə koronavirus xəstəsi aşkarlandı

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Bayram Əlləzov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisində saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

B.Əlləzov barəsində araşdırma aparılır.

Bayram Əlləzov
Bayram Əlləzov

Son xəbərlər

Orphus sistemi