Yuxarı

Şamaxıda karantini pozan şəxslər cərimələndi

Şamaxıda karantini pozan şəxslər cərimələndi

Şamaxı Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, son bir gündə polis əməkdaşları karantin rejimi qaydalarını pozduqlarına görə 79 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, inzibati protokol tətbiq ediblər.

Onlar inzibati qaydada 100200 manat məbləğində cərimə olunublar.

Hazırda Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi