Şamaxıda iş yerində baş verən hadisədə xəsarət alanlardan biri ölüb

Şamaxıda iş yerində baş verən hadisədə xəsarət alanlardan biri ölüb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı rayonunda iş zamanı baş verən bədbəxt hadisə ilə əlaqədar məlumat yayıb.
Hadisə
25 May , 2020 15:44
Şamaxıda iş yerində baş verən hadisədə xəsarət alanlardan biri ölüb
0 : 00
0 : 00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı rayonunda iş zamanı baş verən bədbəxt hadisə ilə əlaqədar məlumat yayıb.

TƏBİB-dən "Report"a bildirilib ki, mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb:

"Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir".

Son xəbərlər

Orphus sistemi