Şamaxıda iki qardaş dayısını döyərək ağır xəsarət yetirib

Şamaxıda iki qardaş dayısını döyərək ağır xəsarət yetirib Şamaxı 11 sentyabr. REPORT.AZ/ Şamaxıda ailə münaqişəsi zəminində 1 nəfər ağır xəsarət alıb.
Hadisə
11 Sentyabr , 2018 00:25
Şamaxıda iki qardaş dayısını döyərək ağır xəsarət yetirib

Şamaxı 11 sentyabr. REPORT.AZ/ Şamaxıda ailə münaqişəsi zəminində 1 nəfər ağır xəsarət alıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Qarəvəlli kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Zahir Umbay oğlu Zahidov bacısının iki oğlu tərəfindən döyülüb. O, yaxınları tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı ilkin tibbi yardımdan sonra xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi