Şamaxıda həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Şamaxıda həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib
Hadisə
31 Oktyabr , 2016 17:35
Şamaxıda həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən Tərlan Tomarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

T.Tomarov özünü təqsirli saydığını deyib.

Prosesdə şahidlər ifadə verdikdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin olunub.

Qeyd edək ki, Şamaxı rayonunun Çuxuryurd kəndində rayon sakini T.Tomarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini, 1951-ci il təvəllüdlü Şövkət Seyfəddin qızı İbrahimovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Daha sonra T.Tomarov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi