Şamaxı rayonunda ərəb turist xəstəxanaya yerləşdirilib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayondakı istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, Səudiyyə Ərəbistanı vətəndaşı, 1974-cü il təvəllüdlü Cəmil Əl Hic istirahət mərkəzində motosikletdən yıxılıb. Nəticədə onun sol ayağı sınıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.