Şamaxıda ər-arvadı döyüb qarət edənlərin məhkəməsi başlayır

Şamaxıda ər-arvadı döyüb qarət edənlərin məhkəməsi başlayır Şamaxıda qadın və kişini öz evində döyərək quldurluq edən şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
2 Mart , 2021 09:19
Şamaxıda ər-arvadı döyüb qarət edənlərin məhkəməsi başlayır

Şamaxıda qadın və kişini öz evində döyərək quldurluq edən şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim İlham Mahmudovun icraatındadır.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında baş verib. Şamaxı şəhər sakini Niyazova Zərifə İsmayıl qızı Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı Şamaxı şəhər H.Ciddi küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edərək onu və həyat yoldaşı Niyazov Polad Məcid oğlunu döyərək əmlakını talan edib.

Keçirilən istintaq tədbirləri zamanı məlum olub ki, Şamaxı şəhər sakinləri - 21 yaşlı Heybətov Elxan Ənvər oğlu, 28 yaşlı Həmidov Pərvin Babək oğlu və 35 yaşlı Pənahov Valeh İbadulla oğlu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər. Onlar həmin gecə Z.Niyazovanın yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla evdə olan çəliklə (əsa) və bıçaqla Z.Niyazovanı və P.Niyazovu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra quldurlar evdə olan "Nokia-112" markalı, "Samsung Galaxy J2" markalı mobil telefonları, 17 AZN nəğd pulu götürərək qaçıblar.

Onlara Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3,181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi