Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub

Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisində qəsdən yanğın törədən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
Hadisə
27 İyul , 2023 10:30
Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisində qəsdən yanğın törədən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Məlcək kəndi ərazisində xidmətdə olan polis əməkdaşları bir nəfərin əkin sahəsini yandırdığını aşkar ediblər.

Yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb və hadisəni törədən şəxsin kənd sakini Cavidan Dəmirzadə olduğu məlum olub.

Onunla profilaktiki söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılması) maddəsi ilə protokol tərtib edilib.

Keçirilən digər analoji tədbir zamanı Qaravəlli kəndi ərazisində əkin sahəsini yandıran Mənəf İsmayılov barəsində də inzibati tənbeh tədbiri tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi