Şamaxıda taxıl sahəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Şamaxıda taxıl sahəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Şamaxı rayonunun Çarhan kəndindəki taxıl sahəsində baş verən yanğın söndürülüb.
Hadisə
23 İyun , 2019 17:50
Şamaxıda taxıl sahəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Şamaxı rayonunun Çarhan kəndindəki taxıl sahəsində baş verən yanğın söndürülüb.

"Report"un Yuxarı -Şirvan bürosu xəbər verir ki, nəticədə 10 hektar ərazidə biçilmiş və biçilməmiş taxıl sahəsi yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in Şamaxı ilə yanaşı İsmayıllı və Qobustan rayonlarının yanğından mühafizə idarələrinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır. 


***16:25

Şamaxı rayonunun Çarhan kəndində biçilməmiş taxıl sahələri yanır.

"Report"un Yuxarı-Şirvan bürosu xəbər verir ki, əraziyə FHN-in Şamaxı, Qobustan və İsmayıllı rayonlarının yanğından mühafizə idarələrinin texnika və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətidə iş aparılır.

Son xəbərlər

Orphus sistemi