Şamaxıda azyaşlı qızı avtomobil vurub

Şamaxıda azyaşlı qızı avtomobil vurub Uşaq ağır xəsarət alaraq Bakıdakı xəstəxanalarından birinə yerləşdirilib
Hadisə
30 İyun , 2017 04:53
Şamaxıda azyaşlı qızı avtomobil vurub
Foto: Report.az

Bakı. 30 iyun. REPORT.AZ/ Şamaxının mərkəzi küçələrindən birində azyaşlı qızı avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Rövşən qızı yolu keçmək istəyərkən baş verib.

Nəticədə N.Məmmədova ağır xəsarət alaraq Bakı xəstəxanalarından birinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi