Şamaxıda avtomobil qəzası baş verib

Şamaxıda avtomobil qəzası baş verib Hadisəyə havanın yağmurlu olması və yüksək sürət səbəb olub
Hadisə
10 May , 2016 03:14
Şamaxıda avtomobil qəzası baş verib

Bakı. 10 may. REPORT.AZ/ Şamaxıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş avtomobil qəzası baş verib. "Report"un xəbərinə görə, minik avtomobilinin sürücüsü, Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini, 30 yaşlı Hidayət Əmiralıyevin idarətməni itirməsi nəticəsində onun avtomobili yolun kənarında dayanmış yük maşınına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə sakini, 34 yaşlı Ramin Əsgərov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər Qobustan rayonu, Təklə-Mirzəbaba kəndinin sakinləri ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Hər iki yaralının vəziyyəti ağırdır. İlkin məlumatlara görə hadisəyə havanın yağmurlu olması və yüksək sürət səbəb olub.

Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfndən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi