Şamaxıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Şamaxıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib Şamaxıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Yanvar , 2021 05:46
Şamaxıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Şamaxıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Yolu keçən 1989-cu il təvəllüdlü Seyidov Mehrab Seyidbəy oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

M.Seyidovun vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi