Şamaxıda atasını balta ilə öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Şamaxıda atasını balta ilə öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə iclası başayıb.
Hadisə
22 Dekabr , 2017 16:04
Şamaxıda atasını balta ilə öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə iclası başayıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 3-də Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü Cahangirov Qadir Arif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Cahangirov Arif Ağəli oğlunu baltalayaraq öldürüb.

Başından və bədənindən ağır zərbələr alan A.Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı dünyasını dəyişib.

Cinayəti törədən Q.Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub. O, xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Q.Cahangirovun hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilib.

Q.Cahangirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi