Şamaxıda ağır yol qəzası olub, xəsarət alanlar var

Şamaxıda ağır yol qəzası olub, xəsarət alanlar var Şamaxı. 27 iyun. REPORT.AZ/ Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
27 İyun , 2018 10:59
Şamaxıda ağır yol qəzası olub, xəsarət alanlar var
Report
0 : 00
0 : 00

Şamaxı. 27 iyun. REPORT.AZ/ Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. 

"Report"un Şirvan bürosunun veridiyi xəbərə görə, hadisə şəhərdə, Avtovağzal adlanan ərazidə baş verib. 

Belə ki, "Lexus" markalı avtomobil ilə "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə iki  nəfər - Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Nüşabə Kərim qızı Əmirova və Hacıqabul rayon sakini, 1972-ci il təvəllüdlü Mədinə Qulaməli qızı Atakişiyeva müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxandan verilən məlumata görə, N.Əmirovaya ilkin yardım göstərilib və Bakı şəhərinə göndərilib. Digər xəstə M.Atakişiyeva xəstəxananın Cərrahiyyə söbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi