Şamaxı. 12 may. REPORT.AZ/ Bu il mayın 4-də Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan daha biri xəstəxanada ölüb.
“Report”un Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 1959-cu il təvəllüdlü Nərminə Əşrəf qızı həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Bununla da həmin qəzada ölənlərin sayı 2-yə çatıb. Daha 4 nəfər isə yaralıdır.