Şamaxıda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb

Şamaxıda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb Şamaxı. 23 aprel. REPORT.AZ/ Şamaxı rayonunda 4 yaşlı uşaq yanıb.
Hadisə
23 Aprel , 2018 17:39
Şamaxıda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb

Şamaxı. 23 aprel. REPORT.AZ/ Şamaxı rayonunda 4 yaşlı uşaq yanıb. 

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə 2 ünvanında qeydə alınıb.

Şamaxı şəhər sakini, 2014-cü il təvəllüdlü Mələk Əlyar qızı Səlimovanın üzərinə qaynar çaydan aşıb. Nəticədə azyaşlı ağır yanıq xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, körpənin hər iki ayağının aşağı ətrafı və pəncəsi 2-3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.

Hazırda onun vəziyyəti kafidir. 

Son xəbərlər

Orphus sistemi