Şamaxıda 27 yaşlı gənc bıçaqlanıb

Şamaxıda 27 yaşlı gənc bıçaqlanıb Şamaxı. 9 aprel. REPORT.AZ/ Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
9 Aprel , 2018 08:51
Şamaxıda 27 yaşlı gənc bıçaqlanıb

Şamaxı. 9 aprel. REPORT.AZ/ Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin 48 a məhəlləsində yaşayan 1991-ci il təvəllüdlü Nurlan Veyisbaba oğlu Şirinov naməlum şəraitdə bıçaqlanıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım edilib, onun bel və sarğı nahiyəsində kəsilmiş-deşilmiş iki yara aşkarlanıb. Əməliyyat olunan xəstənin vəziyyəti orta ağırdır.

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi