Yuxarı

Şamaxıda 21 yaşlı qız intihar edib

Faktla bağlı cinayət işi başlanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

Bu barədə “Report”un Şirvan bürosuna rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü Türkan Kərimova özünü yaşadığı evdə iplə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq ölümün səbəblərini araşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi