Şamaxıda 2 nəfərin ölümünə səbəb olan sürücünün cinayət işinin ibtidai istintaq yekunlaşıb

Şamaxıda 2 nəfərin ölümünə səbəb olan sürücünün cinayət işinin ibtidai istintaq yekunlaşıb Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib
Hadisə
19 Dekabr , 2018 09:21
Şamaxıda 2 nəfərin ölümünə səbəb olan sürücünün cinayət işinin ibtidai istintaq yekunlaşıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Vasif Cabbarovn cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

"Report"un məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, hadisə bu il iyunun 17-də gecə saat 4:00 radələrində avtomobil yolunun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü V.Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Bundan əlavə sürücü, V.Cabbarov, Ə.Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daha sonra V.Cabbarov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi