Şamaxıda 17 yaşlı gənc qayadan yıxılıb - FOTO

Şamaxıda 17 yaşlı gənc qayadan yıxılıb - FOTO Şamaxı. 21 dekabr. REPORT.AZ/ Şamaxı rayonunda 17 yaşlı gənc qayadan yıxılıb.
Hadisə
21 Dekabr , 2017 20:00
Şamaxıda 17 yaşlı gənc qayadan yıxılıb - FOTO
Report

Şamaxı. 21 dekabr. REPORT.AZ/ Şamaxı rayonunda 17 yaşlı gənc qayadan yıxılıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Böyük Xınıslı kənd sakini, 2000-ci il təvəllüdlü Nahid Seymur oğlu Abdullayev yaşadıqları evin yaxınlığındakı Gülüstan dağından düşüb.

Ailəsinin köməyi ilə qayalıq ərazidən çıxarılan yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın Cərrahiyyə şöbəsindən "Report"un yerli bürosuna  verilən məlumata görə, Nahid Abdullayev kəllə-beyin travması, bədənin müxtəlif nahiyəsinin cırılmış-əzilmiş yaraları ilə xəstəxanaya gətirilib, ona ilkin yardım göstərilərək şöbəyə yerləşdirilib. Xəstənin vəziyyəti kafidir.

Onun dağda gəzərkən qəfildən ayağının sürüşərək qayadan yıxıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi