Şamaxıda 11 yaşlı yeniyetmə nərdivandan yıxılaraq xəsarət alıb

Şamaxıda 11 yaşlı yeniyetmə nərdivandan yıxılaraq xəsarət alıb Şamaxı. 6 aprel. REPORT.AZ/ Şamaxı rayonunda 11 yaşlı yeniyetmə nərdivandan yıxılaraq xəsarət alıb.
Hadisə
6 Aprel , 2018 19:27
Şamaxıda 11 yaşlı yeniyetmə nərdivandan yıxılaraq xəsarət alıb

Şamaxı. 6 aprel. REPORT.AZ/ Şamaxı rayonunda 11 yaşlı yeniyetmə nərdivandan yıxılaraq xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Murad Azər oğlu Nuriyev həyətdəki nərdivana çıxarkən yüksəklikdən yıxılıb.

O, ailəsi tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, M.Nuriyev bel nahiyəsinin kəsilmiş-cırılmış yarası ilə Cərrahiyyə şöbəsinə daxil olub. Onun vəziyyəti normaldır.

Baş vermiş hadisənin dəqiq səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi