Şamaxıda 1 yaşlı körpə yıxılaraq ağır xəsarət alıb

Şamaxıda 1 yaşlı körpə yıxılaraq ağır xəsarət alıb Şamaxı. 20 yanvar. REPORT.AZ/ Şamaxıda 1 yaşlı körpə yıxılaraq ağır xəsarət alıb.
Hadisə
20 Yanvar , 2018 20:25
Şamaxıda 1 yaşlı körpə yıxılaraq ağır xəsarət alıb

Şamaxı. 20 yanvar. REPORT.AZ/ Şamaxıda 1 yaşlı körpə yıxılaraq ağır xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Natəvan küçəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Mustafayev Elcan yaşadığı evin pilləkənindən yıxılaraq ağır xəsarət alıb. O, valideynləri tərəfindən Şamaxı Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi