​Şamaxı-Yevlax yolunda ağır qəza: 1 ölü, 4 yaralı

​Şamaxı-Yevlax yolunda ağır qəza: 1 ölü, 4 yaralı 20 yaşlı qadın sərnişin hadisə yerində dünyasını dəyişib
Hadisə
25 Aprel , 2015 04:29
​Şamaxı-Yevlax yolunda ağır qəza: 1 ölü, 4 yaralı

Bakı. 25 aprel. REPORT.AZ/ Axşam saatlarında Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Wolksvagen" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakıdan Göyçay istiqamətində hərəkətdə olan minik avtomobili əks istiqamətdə gələn digər minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri, 20 yaşlı Sərvinaz Valehli hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər Əfrail Qurbanov, Valehli Valeh, Sevda Məmmədova və Elşad Məhiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı BDYP İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi