Şamaxı sakininin evindən məişət əşyaları oğurlanıb

Şamaxı sakininin evindən məişət əşyaları oğurlanıb Bakı. 29 dekabr. REPORT.AZ/ Şamaxı şəhərində oğurluq olub.
Hadisə
29 Dekabr , 2017 17:19
Şamaxı sakininin evindən məişət əşyaları oğurlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Şamaxı şəhərində oğurluq olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1964 - cü il təvəllüdlü şəhər sakini Mübariz Əliqardaş oğlu Bəkdəmirovun iki mərtəbəli 7 otaqlı evindən ilkin məlumata görə, ümumi dəyəri 3500-4000 manat dəyərində məişət avadanlığı oğurlanıb.

Oğurluq məqsədi ilə bir neçə çantada qablaşdırılan elektron avadanlıq qapı önündə qalıb.

Məlumata görə, ev sahibi uzun müddətdir ki, Rusiya Federasiyasında yaşdığı üçün evdə heç kim olmayıb.

Faktla bağlı polisə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi