Şamaxı sakini özünü 12 metrlik su quyusuna ataraq intihar edib - YENİLƏNİB

Şamaxı sakini özünü 12 metrlik su quyusuna ataraq intihar edib - YENİLƏNİB Onun vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
8 Noyabr , 2017 07:29
Şamaxı sakini özünü 12 metrlik su quyusuna ataraq intihar edib - YENİLƏNİB

Şamaxı. 7 noyabr. REPORT.AZ/ Şamaxı rayonunda ötən gün özünü 12 metrlik quyuya atan şəxs ölüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Şərədil kənd sakini 962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metr dərinliyi olan su quyusuna atıb. Bunu görən Ə.Muxtarovun qardaşı dərhal onu quyudan çıxarıb. Ağır bədən xəsarətləri alan Ə.Muxtarov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. O, bu gün yerləşdirilidiyi xəstəxanada ölüb.


***13:11

Şamaxı. 6 noyabr. REPORT.AZ/ Şamaxı rayonunda 55 yaşlı kişi özünü su quyusuna ataraq intihara cəhd edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Şərədil kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metr dərinliyi olan su quyusuna atıb. Bunu görən Ə.Muxtarovun qardaşı dərhal onu quyudan çıxarıb. Ağır bədən xəsarətləri alan Ə.Muxtarov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. 

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı əməliyyat olunub, vəziyyəti ağırdır. 

Yaxınlarının verdiyi məlumata görə, Ə.Muxtarov ruhi-əsəb xəstəsidir. 

Son xəbərlər

Orphus sistemi