Yuxarı

Şamaxı sakini ehtyatsızlıqdan özünə xəsarət yetirib

Şamaxı sakini ehtyatsızlıqdan özünə xəsarət yetirib

Şamaxı. 21 mart. REPORT.AZ/ Şamaxı sakini ehtyatsızlıqdan özünə xəsarət yetirib.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Əngəxaran kənd sakini, 1984-cü il təvəllüdlü Xəyal Həqiqət oğlu Quliyev evdə təmir işləri aparan zaman əlindəki kəsici alət - "laqonda" ilə sol əlinin üst nahiyyəsini kəsib.

O, çoxlu qan itirdiyindən halı pisləşib. X.Quliyev ağır vəziyyətdə ailəsi tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin yardım göstərilib, yarası cərrahiyə olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, X. Quliyevin vəziyyəti kafidir.

Fakt araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi