Şamaxı, Qəbələ və Şəkidə vətəndaşlardan qanunsuz odlu silah-sursat götürülüb

Şamaxı, Qəbələ və Şəkidə vətəndaşlardan qanunsuz odlu silah-sursat götürülüb Polis əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Hadisə
178
14 Dekabr , 2021 11:50
Şamaxı, Qəbələ və Şəkidə vətəndaşlardan qanunsuz odlu silah-sursat götürülüb

Polis əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Hacıqədirli kənd sakini Eldəniz Quluyevdən “Tula”, Ağsu sakini Qoşqar Mürsəliyevdən isə “İJ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri və 6 ədəd patron aşkar edilərək götürülüb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Taleh Ağayevdən “İJ”, Xaləddin Cəbrayılovdan isə “Tula” markalı qanunsuz olaraq saxladıqları silahlar götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinə isə rayon ərazisində “Çaylaq” deyilən ərazidə şübhəli bağlamanın olması barədə məlumat daxil olub. Həmin Vətəndaşlara edilən müraciətlər əsasında isə Şəki rayon sakini Samir Məmmədov indiyədək qanunsuz olaraq saxladığı “TOZ” markalı ov tüfəngini, F-1 əl qumbarasını və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi