SAM-da hansı işçinin otağından oğurluq edildiyi məlum olub - FOTO

SAM-da hansı işçinin otağından oğurluq edildiyi məlum olub - FOTO Seyfdən 1500 manat və 6000 ABŞ dolları oğurlanıb
Hadisə
9 Yanvar , 2017 13:29
SAM-da hansı işçinin otağından oğurluq edildiyi məlum olub - FOTO

Bakı. 9 yanvar. REPORT.AZ/ Strateji Araşdırmalar Mərkəzində (SAM) hansı işçinin otağından oğurluq edildiyi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimovun iş otağındakı seyfindən 1500 manat və 6000 ABŞ dolları oğurlanıb.

Xatırladaq ki, hadisə yanvarın 5-də baş verib. Oğurluqla bağlı ötən həftənin şənbə günü DİN məlumat yayıb. Məlumatda bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi