Salyanda yük maşını 11 yaşlı velosipedçini vurub

Salyanda yük maşını 11 yaşlı velosipedçini vurub Hadisə yol çəkilişi zamanı baş verib
Hadisə
339
7 Noyabr , 2017 21:58
Salyanda yük maşını 11 yaşlı velosipedçini vurub

Salyan. 7 noyabr. REPORT.AZ/ Salyanda 11 yaşlı uşağı yük maşını vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xalac kəndində qeydə alınıb.

Kənd sakini, 11 yaşlı İlkin Zamiq oğlu Həsənov velosipedlə hərəkətdə olarkən yol tikintisində işləyən sürücü idarə etdiyi yük maşınını geriyə verən zaman onu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi