​Salyanda yolu keçmək istəyən piyadanı maşın vurub

​Salyanda yolu keçmək istəyən piyadanı maşın vurub Hadisə bu gün səhər saatlarında baş verib
Hadisə
24 May , 2016 08:43
​Salyanda yolu keçmək istəyən piyadanı maşın vurub

Bakı. 24 may. REPORT.AZ/ Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayonun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Xıllı qəsəbəsinin sakini, 64 yaşlı Rasim İsmayıl oğlu Dadaşov Arbatan yolu üzərindədəki bankomatdan pul çıxarıb magistral yolu keçmək istərkən “Qazel” markalı avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi