Salyanda yolu keçən piyadanı avtomobil vurdu

Salyanda yolu keçən piyadanı avtomobil vurdu Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
169
21 May , 2021 22:49
Salyanda yolu keçən piyadanı avtomobil vurdu
0 : 00
0 : 00

Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlu Salyan-Şirvan yolunu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Qəza nəticəsində xəsarət alan piyada Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi